AFFA bu şəxsi millidən uzaqlaşdırdı, Ağayevi gətirdi

12 Yanvar 2022 09:40 Milli komanda 2 870
AFFA bu şəxsi millidən uzaqlaşdırdı, Ağayevi gətirdi

Millinin qapıçılar üzrə məşqçisi Rauf Mehdiyev iş yerindən ayrılıb.

AFFA bir neçə ay öncə Canni De Byaziyə köməkçi təyin edilən mütəxəssislə yolları ayırıb.

Bu postda Dmitrii Kramarenkonu əvəzləmiş çalışdırıcının yerini Kamran Ağayev tutacaq.

Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı ilə görüşüb. O, futbolçu karyerasını yenicə başa vuran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

36 yaşlı sabiq qolkiper karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan yığmasının heyətində 79 oyun keçib.

AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.

K.Ağayev “Bərəkət”, “Şəfa”, “Turan”, “Xəzər Lənkran”, “Bakı”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka” (hər iki Türkiyə), “İnter” (Bakı), “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya) və “Keşlə”də çıxış edib. Son olaraq “Səbail”in formasını geyinib.

E.Məmmədov ilyarımlıq fasilədən sonra 2020-ci ilin avqustunda yenidən futbola dönmüş kiperə söz verib ki, tezliklə “B” kateoqriyalı kurslarda iştirakını təmin edəcək və lisenziya almasına köməklik göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti