Azərbaycan millisinin formasını geyindi, sosial şəbəkədə nümunəvi addım atdı - FOTO

8 Yanvar 2022 11:40 Milli komanda 2 701
Azərbaycan millisinin formasını geyindi, sosial şəbəkədə nümunəvi addım atdı - FOTO

Vaxtilə ölkəmizdə legioner həyatı yaşayıb, Azərbaycan millisinin şərəfini qoruyan xeyli sayda əcnəbi olub.

Bu gün onların bir çoxundan xəbər yoxdur.

Sergey Sokolov, Daniel Axtyamov, Dmitri Nazarov, Usim Nduka kimilər qeybə çəkilib. Sanki Azərbaycan yığmasının formasını geyinən onlar olmayıb.

Elələri də var ki, ölkəmizi tərk edəndən sonra nə Azərbaycanla maraqlanır, nə də burada yaşananlardan xəbərdardır.

Amma bəzi futbolçular hələ də keçmişlə yaşayır, Azərbaycan millisində oynamağı özünə şərəf bilir və ən əsası, Odlar yurdunda yaşananlardan xəbərdardır.
Andre Ladaqa kimi...

Uzun illər öncə “Bakı”yla “Karvan”ın formasını tərlədib, millimizin uğurları üçün çalışan braziliyalı sosial şəbəkə hesablarında zaman-zaman ölkəmizdən xatirə qalan şəkilləri paylaşır, şərh yazan azərbaycanlılara sevgisini bildirir.

Ən təsirli addım isə “feysbuk” səhifəsində Azərbaycan yığmasının fotosunu paylaşmasıdır.

Özünün də yer aldığı şəkli profil rəsmi edən Ladaqaya “Yediyin çörək, içdiyin su, qazandığın pullar halalın olsun!” deməkdən başqa yol qalmır.

46 yaşlı Andre Ladaqa 2004-2008-ci illər aralığında “Bakı”nın, 2009-cu ildə “Karvan”ın formasında 100-dən çox oyuna çıxıb, ölkə çempionluğunu və ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində çıxış etdiyi 11 qarşılaşmada 1 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"