AFFA-da işləyən "Milliyə ən real və ən layiq namizəd Qurban Qurbanovdur"

3 Yanvar 2022 09:40 Milli komanda 1 547
AFFA-da işləyən "Milliyə ən real və ən layiq namizəd Qurban Qurbanovdur"

"Mən millinin yerli məşqçiyə tapşırılacağını gözləyirdim".

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan yığmanın eks baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovla ölkənin bir nömrəli komandası ətrafında söhbətləşən AFFA Məşqçilər Komitəsinin üzvü Qurban Qurbanovla bağlı diqqətçəkən fikir söyləyib.

O, "Qarabağ"ın çalışdırıcısının ikinci dəfə milliyə qaytarılacağını gözlədiyini etiraf edib:

"Məncə, ən real və ən layiq namizəd Qurban idi. Düzdür, birinci dəfə burada çox çalışmadı, cəmi 1 il qaldı, amma düşünürdüm ki, bu dəfə ona yenidən etimad göstəriləcək.

Hansısa səbəbdən onda yollar ayrılmışdı, hesab edirdim ki, AFFA ilə yenidən anlaşarlar. Canni De Byazinin bu postda saxlanılmasını gözləmirdim".

Digər Xəbərlər
Xəbər Lenti