AFFA rəhbərliyinin bu qərarını biz də gözləmirdik, təəccübləndik – ŞOK VİDEO

2 Yanvar 2022 23:00 Milli komanda 999
AFFA rəhbərliyinin bu qərarını biz də gözləmirdik, təəccübləndik – ŞOK VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov olub.

Həmsöhbət Canni De Byazinin yığmanın baş məşqçi postunda saxlanılması barədə federasiya rəhbərliyinin çıxardığı qərara təəccübləndiyini gizlətməyib.

O, UEFA Millətlər Liqası və DÇ-2022-nin seçmə mərhələsində qeydə alınan uğursuz nəticələrdən sonra italiyalı mütəxəssisin göndəriləcəyini gözlədiklərini açıqlayıb.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=EeCmQ7sIoE8

Digər Xəbərlər
Xəbər Lenti