De Byazi AFFA-dan xahiş etdi – Mənə bir komanda tapın

2 Yanvar 2022 11:40 Milli komanda 5 483
De Byazi AFFA-dan xahiş etdi – Mənə bir komanda tapın

Millinin baş məşqçisi Canni De Byazi AFFA-ya müraciət edib.

Yaxınlarda müqaviləsi 10 ay müddətinə uzadılan italiyalı mütəxəssis martda yoxlama oyununun keçirilməsini istədiyini bildirib.

O, postsovet respublikalarından, yaxud Şərqi Avropa ölkələrindən bir komanda ilə qarşılaşmanın təşkilinə köməklik göstərilməsinin vacib olduğunu söyləyib.

Apenninli çalışdırıcı iyunda start götürəcək UEFA Millətlər Liqasının 2022/2023 mövsümünə hazırlıq üçün bu matçın əhəmiyyətinə diqqət çəkib.

C Liqasında yer alan yığmamız Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!