O, İtaliya klubunun braziliyalı müdafiəçisini millimizdə görmək istəyir

29 Dekabr 2021 12:40 Milli komanda 1 842
O, İtaliya klubunun braziliyalı müdafiəçisini millimizdə görmək istəyir

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, müxtəlif vaxtlarda ölkəsində "Torino"nun sükanı arxasında olmuş mütəxəssis “Bu klubun futbolçusuna Azərbaycan pasportu verə bilsəydiz, kimi seçərdiz” sualını cavablandırıb:

"Sayları çox olardı. Amma mən Qleyson Bremer deyirəm. O, sözsüz ki, məhsuldarlığı baxımından A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir.

Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur".

AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

Braziliyalı Qleyson Bremer 2018-ci ildən "Torino"da çıxış edir. 24 yaşlı oyunçu ölkəsinin əsas və aşağı yaş qruplarından ibarət yığmalarına dəvət almayıb.

Digər Xəbərlər
Xəbər Lenti