Hər an Azərbaycan millisindən qaçmağa hazırdır – Yunanlara xəbər göndərdi

27 Dekabr 2021 13:00 Milli komanda 2 527
Hər an Azərbaycan millisindən qaçmağa hazırdır – Yunanlara xəbər göndərdi

Hazırda Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi Yunanıstanda baş məşqçi postuna namizədlərdən biridir.

Sportinfo.az xəbər verir ki, "Live Sport" nəşri 65 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq komandadan getməyə hazır olduğunu yazıb.

İtaliyalı baş məşqçi bu səbəbdən, Yunanıstan Futbol Federasiyasına (EPO) təklif olunub. Federasiya rəsmiləri onun millidə uğur qazana biləcəyinə inanırlar.

De Byazidən başqa Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin EPO üçün ən ideal variant məhz odur.

AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti