"Gələcəkdə Azərbaycan yığmasına çağırılsam, yenə belə olacaq"

24 Dekabr 2021 13:40 Milli komanda 3 257
"Gələcəkdə Azərbaycan yığmasına çağırılsam, yenə belə olacaq"

«Bu məsələ haqqında heç nə deyə bilmərəm.

Çünki nə De Byazi, nə də köməkçiləri ilə bu barədə danışığımız olub».

Sportinfo.az xəbər verir ki, bu sözlər millinin sabiq yarımmüdafiəçisi Riçard Almeydaya məxsusdur.

2015-ci ildə Riçard Almeyda tərəfindən Azərbaycan yığmasına çağırılan braziliyalı De Byazinin təyinatından sonra dəvət almır.

Hazırda «Qarabağ»ın formasını geyinən orta sahə oyunçusu bunun səbəbini bilmədiyini iddia edib:

«Baş məşqçidir, onun öz seçimləri var. Mən də buna hörmətlə yanaşıram. Amma xidmətimə ehtiyac duyarlarsa, istənilən an böyük şərəflə yenidən Azərbaycan millisinin formasını geyinəcəm.

Yığmanın düşərgəsinə getmək üçün darıxmışam. Həmişə olduğu kimi, nə vaxt dəvət almışamsa, əlimdən gələni etmiş, Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışmışam.

Gələcəkdə yığmaya çağırılsam, yenə belə olacaq. Hazırda daha çox öz üzərimdə çalışmalı, daha çox işləməliyəm. Dəvət gələrsə, çox sevinərəm».

Digər Xəbərlər
Xəbər Lenti