“Milli uduzanda, çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın”

24 Dekabr 2021 11:20 Milli komanda 584
“Milli uduzanda, çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın”

“Hər birimizin yaralı yeri milli komandadır. Yığmanın vəziyyəti hər kəsi narahat edir”.

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

İTV kanalında yayımlanan “Bol idman” verilişinin qonağı olan PFL rəhbəri millimizin uğursuz çıxışını baş məşqçi yox, futbolçularla əlaqələndirib:

“Canni de Byazi hələ ki, istədiyini ala bilmir. O məşqçi bir gün çıxıb gedəcək. Amma oyunçularımız yenə burada qalacaq.

Mən futbol oynamıram, amma komandamız uduzanda səhəri günü çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın.

Futbolçular da bunu düşünməli, narahat olmalıdırlar. Bu üzdən günahın əksəriyyətini futbolçularda görürəm.

Çünki mübarizə aparmırlar. Biz döyüşkən millətik, bunu da sübut eləmişik. Amma futbolda bunu edə bilmirik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"