"Azərbaycan millisini yaxşı tanıyırıq, onlara qalib gəlmişəm"

24 Dekabr 2021 02:20 Milli komanda 620
"Azərbaycan millisini yaxşı tanıyırıq, onlara qalib gəlmişəm"

Moldovaının baş məşqçisi Sergey Kleşenko Millətlər Liqasının püşkatması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, onun komandası C qrupunda Azərbaycanla eyni qrupda yer ala bilər.

Kleşenko püşkatma haqda bu cür danışıb: "Bir müddət əvvəl belaruslularla və azərbaycanlılarla üz-üzə gəlmişdik. Bu il Azərbaycana 1:0 hesabı ilə qalib gəldik.

Həm Azərbaycan, həm də Belarus millisini yaxşı tanıyırıq. Yaxşı rəqiblərdi. Xal qazanmaq üçün onlarla mübarizə aparmaq lazımdı. Slovakiya qrupun favoritidi".

Moldova millisinin oktyabrda Qazaxıstanla pley-off matçı gözləyir. Moldova qalib gələcəyi təqdirdə Azərbaycanla eyni qrupda yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti