"Mənim üçün tanış olanlar Belarus və Azərbaycandır"

23 Dekabr 2021 01:20 Milli komanda 471
"Mənim üçün tanış olanlar Belarus və Azərbaycandır"

Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik Millətlər Liqasının püşkatması haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, federasiya rəhbəri milli komandanın C qrupundakı şanslarını dəyərləndirib:

"Burada rəqib seçimi böyük deyildi. Mənim üçün tanış olan komandalar Belarus və Azərbaycandır.

Məsafəyə görə, 3-cü komandanın da Moldova olmasını istəyərdim.

Təbii ki, biz həmişə uğur qazanmağa çalışırıq. Şəxsən mənə görə, biz bu qrupu qalib başa vurmalıyıq. Püşkatmada hansı komanda ilə düşəcəyinizi siz seçmirsiniz".

Digər Xəbərlər
Xəbər Lenti