Qara Qarayevin bacardığı

20 Dekabr 2021 17:20 Milli komanda 1 100
Qara Qarayevin bacardığı

Azərbaycan millisi tarixində 3-cü dəfə Millətlər Liqasında oynayacaq.

Sportinfo.az xəbər verir ki, apasport.az turnirdə ən çox oyun keçirən futbolçularımızın siyahısını təqdim edir.

Mütləq rekord Qara Qarayevə məxsusdur. O, əvvəlki iki turnirin bütün matçlarında meydana çıxan yeganə futbolçudur.

Yarımmüdafiəçi 12 qarşılaşmanın hamısında şans qazanıb. Yalnız Qaranın bacardığını təkrarlamaq üçün Bədavi Hüseynova 1, Maksim Medvedevə 2 oyun çatmayıb.

Cəmi 6 futbolçu oyunların yarısından çoxunda, minimum 7 dəfə şans qazanıb:

1. Qara Qarayev - 12
2. Bədavi Hüseynov - 11
3. Maksim Medvedev - 10
4. Mahir Emreli - 9
5. Ramil Şeydayev - 8
6. Təmkin Xəlilzadə - 7

Azərbaycan C liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Gürcüstan – Moldova cütünün qalibi ilə mübarizə aparacaq. Qrupun oyunları gələn ilin iyun və sentyabr aylarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti