«Keşlə» başğilənləri Sənan Qurbanovun durumuna aydınlıq gətirib.
Öbtən ilin mart ayından komandanın sükanı arxasında olan məşqçiyə işini davam etdirmək göstərişi verilib.
Buna səbəb danışıqlar aparılan digər məşqçilərin burada işləməyə razı olmamasıdır.
Paytaxt təmsilçisi Premyer Liqanın qış fasiləsinə 6-cı pillədə yollanıb. 14 xal toplayan sabiq «bankirlər» medallar uğrunda mübarizədə şanısı böyük ölçüdə itirib.
Yönətim Qurbanovdan yenə ötənilki nəticəni təkrarlamasını istəyib – yəni, kuboku qazanmaq.
Demək lazımdır ki, burada da onu çətin sınaq gözləyir. «Qaradağ Lökbatan»ı çətinliklə üstələyən (2:1) «Keşlə» ¼ final mərhələsində «Qarabağ»la qarşılaşacaq.
SPORTİNFO.AZ

