"Son illər millidə nəsil dəyişir".
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Federasiyanın müqaviləsini daha 10 ay müddətinə uzatdığı millinin baş məşqçisi Canni de Byazi 45 futbolçuya güvənib.
Fəaliyyətinin əvvəlki 2 ilində komandanı 20 oyuna çıxaran italiyalı yalnız 11 nəfərə qarşılaşmaların ən azı yarısında şans verib.
Söhbət 10 və daha çox matç çıxanlardan gedir. Heç bir oyunçu 20 görüşün hamısında çıxış etməyib.
Rekordçular Anton Krivotsyukla Ramil Şeydayevdir. Onların hərəsi 17 dəfə meydana çıxıb.
De Byazi ilə ən azı 10 oyuna çıxanlar
1-2. Anton Krivotsyuk - 17
1-2. Ramil Şeydayev - 17
3-4. Azər Salahlı - 16
3-4. Maksim Medvedev - 16
5. Qara Qarayev - 15
6-7. Abbas Hüseynov - 14
6-7. Namik Ələskərov - 14
8. Mahir Emreli - 13
9. Emin Mahmudov - 12
10. Bədavi Hüseynov - 11
11. Rəhim Sadıxov – 10
Mircavadovun fikrincə, UEFA Millətlər Liqası və DÇ-2022-nin seçmə mərhələsində çıxış edən komandada artıq nəsil dəyişməsi son çatır:
"Təcrübə tərəfindən hər şey var. Gənclər yetəri qədər milli formada oyunlara çıxıb. Qalır oyunlara köklənmək və futbolçuları yaxşı hazırlamaq.
Komandanın böyüyü baş məşqçidir. O, hər şeyi həll edir. Tək heç nə etmək olmaz. Məşqçilər korpusu da bu işdə ona dəstək olmaldır".

