"Azərbaycan yığmasında onun kimi lider var - Bütün oyunu o aparır"

19 Dekabr 2021 12:40 Milli komanda 1 073
"Azərbaycan yığmasında onun kimi lider var - Bütün oyunu o aparır"

"Bu ilin iyununda yoldaşlıq görüşündə onlara 1:2 hesabı ilə uduzduq.

Bu, mənim yığmanın sükanı arxasında ilk oyunum idi. Təəssüf ki, son dəqiqələrdə öz səhvimizdən buraxdığımız qolla yenildik".

Sportinfo.az xəbər verir ki, bunu Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

3-cü qrupda Azərbaycan, Slovakiya və Belarusla yanaşı, Qazaxıstan / Moldova cütünün qalibi də yer alacaq.

Millimiz Belarusla ilk oyununu iyunun 6-da səfərdə, ikinci matçını isə iyunun 13-də evdə keçirəcək. Kondratyev Azərbaycan yığmasının intizamlı komanda olduğunu söyləyib:

"Rəqibin heyətində Emin Mahmudov kimi lider var. Bütün oyunu o aparır. Komanda italiyalı baş məşqçinin (Canni De Byazini nəzərdə tutur) rəhbərliyi altında intizamlı çıxış edir.

Futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışır. Maraqlı komandadır, topla oynamağı yaxşı bacarırlar.

Bu, hələ SSRİ dövründən hamıya məlumdur. Heyətində texnikalı futbolçuları var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti