Millimizi nəzərdə tutdu, "birinci yer uğrunda mübarizə şansı var" söylədi

18 Dekabr 2021 00:50 Milli komanda 715
Millimizi nəzərdə tutdu, "birinci yer uğrunda mübarizə şansı var" söylədi

"Qrupdakı Slovakiyadan başqa, bütün komandaların bərabər səviyyəli olduğunu deyə bilərəm.

Yəqin ki, bu amil matçlara marağı daha da artırır. Hər bir kollektivin 1-ci yer uğrunda mübarizə şansı var".

Sportinfo.az xəbər verir ki, bunu Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

3-cü qrupda ilk oyununu səfərdə Slovakiyaya qarşı keçirəcək kollektiv daha sonra evdə Azərbaycan ilə üz-üzə gələcək.

61 yaşlı mütəxəssis təqvimə fikir verməyəcəklərini bildirib: "Düşünürəm ki, hər şey normaldır. Amma evdə başlamaq daha yaxşı olardı. Matçlara ciddi hazırlaşacağıq".

Azərbaycan Belarusla ilk oyununu iyunun 6-da səfərdə, ikinci matçını isə iyunun 13-də evdə keçirəcək. 3-cü qrupda Azərbaycan, Slovakiya və Belarusla yanaşı, Qazaxıstan / Moldova cütünün qalibi də yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti