"Mənə görə normal rəqiblərdir, problem olmamalıdır.
Yalnız Slovakiyanı fərqləndirə bilərik. Əsas odur ki, bütün rəqiblərlə oynamışıq. Bu, vacib amildi. Ki, yetəri qədər informasiya var".
Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərini şərh edən Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Təcrübəli çalışdırıcı oyunların sıx qrafikdə keçiriləcəyinə diqqəti çəkib, amma bunun bəhanə olmaq ehtimalını rədd edib:
"Əsas məsələ təqvimdi. 4 oyun iyun ayında olacaq. Bizim üçün yenilikdi. Burda məşqçilər korpusuna böyük iş düşəcək. Ağırdı, amma rəqiblər üçün də eyni qrafikdi.
Bu, təkcə Azərbaycan millisi üçün belə deyil. Bütün Avropa üçün eynidir. Canni De Byazi qrafikdən şikayət edə biməz ki, vaxtım az oldu. Ümumiyyətlə, peşəkar məşqçi bəhanə etmir, işləyir".
Komandamız Millətlər Liqasının C liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə mübarizə aparacaq.
Adıçəkilən turnirdə yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
Xanoğlan İmanov

