De Byazidən açıqlama: "Bu qrupda öz sözümüzü deyə bilərik"

17 Dekabr 2021 01:00 Milli komanda 1 279
De Byazidən açıqlama: "Bu qrupda öz sözümüzü deyə bilərik"

"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq".

bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatmasını dəyərləndirərkən deyib.

Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək. C Liqasında yer alan Azərbaycan millisi Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

İtaliyalı mütəxəssis Slovakiyanı qrupun favoriti adlandırıb:

"Yəqin ki, bunu deməklə yeni nəsə söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq.

Lakin düşünürəm ki, mövsümün sonuna doğru formada olsaq, qrupda yaxşı mənada öz sözümüzü deyə bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti