“Yəqin ki, bu qərarı verənlər nəsə bilirlər” - TƏYİNATA MÜNASİBƏT

14 Dekabr 2021 14:40 Milli komanda 977
“Yəqin ki, bu qərarı verənlər nəsə bilirlər” - TƏYİNATA MÜNASİBƏT

“Canni De Byazinin millidə saxlanılması AFFA-nın qərarıdır və yəqin ki, bu qərarı verənlər nəsə bilirlər”.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə federasiyanın italyan çalışdırıcı ilə 10 aylıq yeni müqavilə imzalamasına münasibət bildirən yığmanın sabiq yarımmüdafiəçisi bu seçimə geniş şərh verməyin mənasız olduğunu söyləyib:

“Nəticə baxımından götürsək, De Byazi uğursuz oldu. Mətbuatdan da görürük ki, bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti