Azərbaycan millisinə yeni məşqçi cəlb ediləcək.
Canni De Byazinin budəfəki köməkçisi yerli olacaq.
Bu barədə yığmanın çalışdırıcısına AFFA-dan bildirilib. Yaxınlarda federasiya ilə müqaviləsinin müddətini daha 10 ay uzadan italiyalı sükançı bu tapşırıqla qeyd-şərtsiz razılaşıb.
Hazırda De Byazinin korpusunda 4 yardımçı yer alıb. Onlardan ikisi azərbaycanlıdır - Arif Əsədov və Rauf Mehdiyev.
Digər iki köməkçi isə baş məşqçinin həmyerlisidir – Benito Karbone ilə Alessandro Skayya.
SPORTİNFO.AZ

