«AFFA-dakılar belə qərar veriblərsə. deməli, bildikləri bir şey var».
Sportinfo.az xəbər verir ki, bu sözlər yığmanın sabiq yarımmüdafiəçisi Riçard Almeydaya məxsusdur.
AFFA-nın Canni De Byazi ilə müqaviləni 10 ay müddətinə uzatmasına münasibət bildirən «Qarabağ»lı bildirib:
«Buna hörmətlə yanaşmalıyıq. Mənə elə gəlir ki, doğru qərardır. Çünki birinci mərhələdə De Byazinin komandanı tanıması, mentalitetə bələd olması bir az vaxt apardı.
Bəlkə fəaliyyətinin ikinci mərhələsində hər şeyə tamam fərqli yanaşacaq. Artıq oyunçuları tanıyır.
Budəfəki işi daha effektiv ola bilər. Bizə həm De Byaziyə, həm də Azərbaycan millisinə uğurlar arzulamaq qalır.
Ümid edirəm ki, milli komanda Azərbaycan xalqını qələbələrlə sevindirəcək. Çünki insanlar buna layiqdir».

