Azərbaycan yığması Türkiyə ilə eyni qrupa düşdü

8 Dekabr 2021 16:20 Milli komanda 1 846
Azərbaycan yığması Türkiyə ilə eyni qrupa düşdü

19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları gələn ilin sentyabrında Bolqarıstanda təşkil olunacaq. Avropa çempionatının final mərhələsi 2023-cü ildə Maltada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti