"İclasda De Byazidən başqa heç kimin adı çəkilməyib" - Qurban Qurbanov

4 Dekabr 2021 22:40 Milli komanda 947
"İclasda De Byazidən başqa heç kimin adı çəkilməyib" - Qurban Qurbanov

"Milli ilə bağlı bir neçə dəfə demişəm ki, hər hansı fikrim yanlışlıq olar. Kazbek Tuayevin müsahibəsini oxudum.

Orada Canni De Byazidən başqa heç kimin adı çəkilməyib. Ona görə narahat olmayın".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılmasına və İcraiyyə Komitəsinin son iclasında adının yığma ilə yanaşı hallanması barədə xəbərlərə münasibət bildirərkən deyib.

O, milli komandaya uğurlar arzuladığını söyləyib: "Həqiqətən də millinin uğurlu çıxışını çox istəyirəm. Futboldan başqa heç bir peşəm hazırda yoxdur.

Özüm yığmada həm futbolçu, həm baş məşqçi olmuşam. AFFA İcraiyyə Komitəsində yer almışam. Hazırda yalnız futbolu düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar