De Byazinin yerlilərdən üstün cəhəti – “Kim necə istəyir, elə də başa düşsün”

4 Dekabr 2021 09:40 Milli komanda 1 117
De Byazinin yerlilərdən üstün cəhəti – “Kim necə istəyir, elə də başa düşsün”

“İtaliya futbolunu xoşlamıram. Canni De Byazi də bəyəndiyim məşqçilərdən deyil.

Ultramüdafiə futboluna üstünlük verir, bir çox futbolçudan düzgün istifadə etmir, və s.

Bir menecer olaraq postunda saxlanılmasına tam olaraq yanlış qərardır deyə bilmərəm”.

Uzun illərdir agent kimi çalışan Erkin İbrahimov millinin baş məşqçisi ilə yeni müqavilənin imzalanmasına bu cür münasibət göstərib.

Həm də azerifootball.com saytının rəhbəri olan İbrahimov “yerli, yoxsa xarici” mövzusu ilə bağlı fikirlərini social şəbəkə hesabında bölüşüb:

“Futbolumuzun spesifikasına bələd olduğum üçün xarici deyirəm. Yığmanı yerli məşqçi calışdıranda heç də bütün futbolçular onun irəli getməsini, ad-san qazanmasını istəməz.

Kim necə istəyir, elə də başa düşsün. Yerli məşqçi həm də seçim zamanı tam ədalətli olmaz. Hansısa futbolçu ilə vaxtı ilə problemı olub deyə milliyə dəvət etməyəcək.

Məsələn, elə olub ki, bir klubun baş məşqçisi Şahin Diniyevin oğlunu komandasına götürməyib.

Səbəb isə bəllidir. Diniyev millidə çalışdığı dönəmdə o vaxt futbolçu olmuş həmin adamı "qaralamışdı".

Təbii ki, həmin məşqçi milli komandaya başçılıq etsə, yenə də misal üşün Coşqun Diniyevı çağırmayacaq.

İbrahimov bir müddət öncə səfər etdiyi Gürcüstanın futbol millisini də əcnəbi mütəxəssisin çalışdırdığını qeyd edib. Halbuki, özlərində xeyli sayda bacarıqlı məşqçi var.

Təcrübəli agent Azərbaycanda yığmanı çalışdıra biləcək iki mütəxəssisin olduğunu bildirib ki, onların bu gün “sükan” arxasına keçməsinin mümkün olmadığını yazıb:

“Milliyə başçılıq edəcək, futbol camiəsini birləşdirə biləcək cəmi iki məşqçi var - Qurban Qurbanov və Rəşad Sadıqov. Qurban bəy artıq millidə çalışıb, nəticələri pis olmadığı halda faktiki olaraq istefaya göndərilib.

Rəşad Sadıqovə gəlincə, gec-tezi var. Yeri gəlmişkən, o da futbol oynadığı dönəmdə Şahin Diniyevlə böyük problemlər yaşayıb.

Lakin illər keçəndən sonra əvvəlki ədavəti unudaraq, həm Kərimi həm Coşqunu komandasına gətirib. Bu da onu göstərir ki, Sadıqov üçün şəxsi münasibətlər yox, iş prinsipləri vacibdir.

"Zirə" hazırda əla çıxış edir, qələbələri sıralayır. Bir gənc məşqçi üçün başladığı işi yarımçıq buraxmamaq, klub səviyyəsində medal qazanmaq, avrokuboklarda uğura çatmaq bu mərhələdə daha məqsədəuyğun sayılmalıdır”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti