AFFA ilə 10 aylıq yeni müqavilənin GİZLİ TƏRƏFLƏRİ

3 Dekabr 2021 10:40 Milli komanda 1 317
AFFA ilə 10 aylıq yeni müqavilənin GİZLİ TƏRƏFLƏRİ

Dünən keçirilən AFFA İcraiyyə Komitəsinin növbəti iclasında millinin baş məşqçisi məsələsinə aydınlıq gəlib.

Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb.

65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb. Həmçinin ona qarşıdakı 1 ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.

Beləliklə, apenninli postunda saxlanılan ikinci əcnəbi olub. İtaliyalı AFFA ilə yeni müqavilə imzalamaqla bunu bacarıb.

De Byaziyə qədər Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki və Nikola Yurçeviç əcnəbi məşqçi kimi millimizə rəhbərlik edib. 2007-ci ildə müvəqqəti bu işi icra edən Qyoko Haciyevski isə cəmi 2 görüşdə komandanı meydana çıxarıb.

Əcnəbilər arasında yığmada ən uzun müddət qalmağı bacaran Foqtsdur. Almaniyalı 2008-2014-cü illərdə komandamıza rəhbərlik edib.

AFFA sonuncu dəfə 2013-cü il dekabrın 18-də onunla yeni 2 illik müqavilə imzalamışdı. Doğrudur, dünya və Avropa çempionu cəmi bir il postunda qalıb, 2014-cü ilin oktyabrın 17-də vəzifəsindən istefa verib.

Həmin vaxtdan bəri nə Prosineçki, nə də Yurçeviç yığmamızda ikinci dönəmini görə bilib.

Uğursuz çıxışa rəğmən 2008-2014-cü illərdə Foqtsla əməkdaşlıq edən AFFA rəhbərliyi əcnəbi mütəxəssislə yeni sözləşmə bağlama səhvini 8 ildən sonra təkrarlayıb. Canni de Byazinin yeni müqaviləsi 2022-ci ilin oktyabrına kimi nəzərdə tutulub.

De Byazi ötən il iyulun 10-da Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Onunla müqaviləyə yeni bənd əlavə edilib. Bu iddia ilə italiyalı jurnalist Canluka Di Martsio çıxış edib.

Onun sözlərinə görə, yığma UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssisin sözləşməsi daha 2 il uzadıla bilər.

Bu, doğru xəbərdir. Tərəflər arasında razılaşmaya əsasən, milli iyunda start götürəcək yarışda pley-off mərhələsinə vəsiqə qazanarsa, yığma AVRO-2024-ün seçmə mərhələsində də italyana əmanət ediləcək.

Və belədə onun müqavilə şərtlərinə yenidən baxılacaq. İlyarımlıq fəaliyyəti dövüündə AFFA-dan 900 min avro almış De Byazinin qarşıdakı 10 ayda gəliri 200 min dollar təşkil edəcək.

Millətlər Liqasında qrupdan çıxmaq mümkün olsa, qazancı əvvəlki səviyyəyə qaldırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti