Fransalı hücumçu Diviziona pənah gətirdi - VİDEOLAR

3 Dekabr 2021 02:40 Milli komanda 821
Fransalı hücumçu Diviziona pənah gətirdi - VİDEOLAR

I Divizionda 10-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Kəpəz” doğma meydanda “Zirə”nin ikinci komandası ilə üz-üzə gəlib – 2:2.

“Turan Tovuz” “Keşlə”nin əvəzediciləri ilə oyundan 1 xalla ayrılıb. Mahmud Qurbanovun çalışdırdığı "Neftçi-2" öz meydanında "Sabail-2"yə qalib gəlib - 2:1.

Ev sahiblərindən Famil Camalovla Emin Zamanov fərqlənibsə, qonaqlların təsəlli qoluna fransalı hücumçu Nikolas Rayesel imza atıb.

"Kəpəz" – "Zirə-2" - 2:2
Qol:
Emil Qasımov, 11. Nicat Süleymanov, 77 – Samir Ağayev, 26. Məhəmməd Səfərov, 34.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Şirmamed Mamedov, Əli Əliyev
Gəncə şəhər stadionu

"Neftçi-2" – "Səbail-2" - 2:1
Qol
: Famil Camalov, 23. Emin Zamanov, 46 – Nikolas Raysel, 60.
Qırmızı vərəqə: Fərid Yusifli, 72 (“Neftçi-2”)
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
“Neftçi”nin məşq mərkəzi (4-cü meydança)

"Keşlə-2" – "Turan Tovuz" - 1:1
Qol:
Elnur Süleymanov, 55 – Rövşən Şahmuradov, 31.
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Elman Kərimov, Rövşən Rəcəbov
“ASK Arena”,

I Divizion

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 10 7 1 2 21-9 22
2 MOİK 9 6 1 2 19-6 19
3 Kəpəz 9 4 5 0 17-10 17
4 Sabah-2 9 5 1 3 15-13 16
5 Qarabağ-2 9 4 3 2 18-12 15
6 Keşlə-2 9 4 3 2 12-6 15
7 Zaqatala 9 4 2 3 13-13 14
8 Neftçi-2 9 4 1 4 14-13 13
9 Sumqayıt-2 9 3 0 6 9-18 9
10 Qəbələ-2 9 2 2 5 14-15 8
11 Səbail-2 10 2 2 6 11-18 8
12 Turan Tovuz 10 2 2 6 10-18 8
13 Zirə-2 9 1 1 7 7-29 4

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 11 qol
Aqil Nəsibov ("Qəbələ-2") - 5 qol
Kamran Quliyev ("Sabah-2") - 5 qol
Anatole Abanq ("Keşlə-2") - 5 qol

Digər Xəbərlər
Xəbər Lenti