Bu dəfə Rusiyadan – Azərbaycan yığmasına çağırılanlar

2 Dekabr 2021 22:40 Milli komanda 825
Bu dəfə Rusiyadan – Azərbaycan yığmasına çağırılanlar

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komanda dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Dekabrın 7-də və 9-da BƏƏ-nin U-18 komandası ilə qarşılaşmaya 25 futbolçu dəvət olunub.

Lakin 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Futbolçuların əksəriyyəti ölkə daxilində çıxış edir. Yalnız iki nəfər Rusiyada çıxış edir.

1

Həsənov Sahib

Keşlə

2

Feyzullayev Xəyal

Sumqayıt

3

Kazımlı Rəvan

Neftçi

4

Rüstəmov Emin

Səbail

5

Xeyrullayev Fariz

Neftçi

6

Ramazanov İbrahim

Qəbələ

7

Bagiev Sadiq

Kuban (Rusiya)

8

Rəşidov Nuğay

Qəbələ

9

Məmmədzadə Hüseyn

Neftçi

10

Məmiyev İxtiyar

Qəbələ

11

Süleymanlı Ayxan

Zirə

12

Abbasov Rüfət

Neftçi

13

Quliyev Bahadur

Neftçi

14

Axundzadə Nəriman

Qarabağ

15

Əliyev Xəyal

Sabah

16

Səfərov Qurban

Keşlə

17

Şahniyarov Şahin

Qəbələ

18

Kələntərov Fərid

Qəbələ

19

Əbilov Elcan

Neftçi

20

İsmayılov Nicat

Qarabağ

21

Ağayev Mahmud

Zirə FK

22

Əliyev Nahid

Moskovskaya zastava (Rusiya)

23

Əliyev Məhəmməd

Səbail

24

Salyanski Ağadadaş

Neftçi

25

Aşurov Şahmar

Sabah

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"