"Elxan Məmmədovla görüşə getməkdə məqsədim millidə iş almaq idi"

2 Dekabr 2021 14:00 Milli komanda 920
"Elxan Məmmədovla görüşə getməkdə məqsədim millidə iş almaq idi"

"AFFA məni aşağı yaş qrupları üzrə yığmalardan birinə məşqçi təyin etsə, düşünmədən razılaşaram".

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan Vüqar Nadirov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə danışan sabiq forvard məşqçi olmaq istədiyini gizlətməyib:

"Əslində, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşə getməkdə məqsədim millidə iş almaq idi.

Bilirsiz ki, İlqar Qurbanov da indi oradadır, menecer kimi fəaliyyət göstərir. Elxan müəllimlə söhbətdə də niyyətimi demişdim, amma mənə MFL-i məsləhət gördü.

İnsan başına nə gələcəyini, qismətinə nəyin çıxacağını əvvəlcədən bilmir. Hər şeyə hazır olmaq lazımdır.

Vaxtilə millidə oynadığım üçün "C" kateqoriyam var. Yaxın gələcəkdə "B" lisenziyası almaq fikrindəyəm, bunun üçün kurslara yazılacam".

Digər Xəbərlər
Xəbər Lenti