Azərbaycan yığmasını çalışdırmaq üçün 200 minə RAZIILAŞDI

2 Dekabr 2021 09:40 Milli komanda 5 566
Azərbaycan yığmasını çalışdırmaq üçün 200 minə RAZIILAŞDI

Bu gün AFFA İcraiyyə Komitəsi uzun fasilədən sonra iclas keçirəcək.

Gündəliyə salınan məsələlər arasında milli mövzusu birinci sırada gəlir.

Düzdür, federasiya komandanın kimə tapşırılacağıı ilə bağlı burada müzakirələrin gedəcəyini açıqlamayıb. Rəsmi informasiya bundan ibarətdir ki, toplantıda yığmanın vəziyyəti müzakirə ediləcək, Canni De Byazi hesabat verəcək.

Aydındıır ki, o, yaxşı heç nə söyləyə, özünü övə, işini davam etdirməsi üçün səbəb gətirə bilməyəcək. Hər şey ortadadır – milli DÇ-2022-nin seçmə mərhələsində biabırçılığa imza atıb.

A qrupunda yer alan kollektiv cəmi 1 xal toplayıb, bu isə Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsində əldə etdiyi nəticənin eynisidir.

Ümumən götürəndə, hər iki məşqçinin durumu bənzərdir. Sadəcə, AFFA apenninli sükançı ilə işbirliyinin müddətini artırmağa hazırlaşır.

Məsələ şifahi konteksdə razılaşdırılıb. Qalıb yeni müqaviləni İK üzvlərinin adı ilə rəsmiləşdirmək.

Çünki qanunla bu kimi məsələlərdə əsas söz sahibi onlardır. Elə səlahiyyət də onlardadır. Sadəcə, reallıq başqadır.

Komitə nümayəndələri AFFA ilə bağlı istənilən prosesdən uzaqdır, eləcə quru adları var. Burada bütün işləri görən 1 nəfərdir, o da nə dedi, nə məsləhət bildi, işlər də həmin qayda ilə tənzimlənir.

Bildiyimizə görə, Tərlan Əhmədov yığmanın başına keçməkdən ötrü bir çox tədbirlərə əl atıb, əlaqələrini işə salıb, müxtəlif səviyyələrdə görüşlər keçirib.

O cümlədən, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun qəbulunda olub, müxtəlif vədlər verib. 2020-ci ildə «Keşlə»dən qovulan çalışdırıcı 1 il ona şans tanınmasını xahiş edib, hətta qarşı tərəfi «sözəbaxan» olacağına inandırmağa çalışıb.

Orada nə söhbət olubsa, T.Əhmədov görüşdən çıxandan sonra özünə «komanda» yığmağa girişib. Bəzi məşqçiləri başına toplayaraq, milliyə təyinat almaq ehtimalının 99 faiz olması barədə fikirlər söyləyib, onları öz korpusunda görmək istədiyini deyib.

Əslində, AFFA-nın Əhmədovu görəvə gətirmək niyyəti yoxdur. Qeyd etdiyimiz kimi, De Byazi ilə hər şeyi oturub danışıb və anlaşıblar.

Ökəsində B və C seriyası klublarının da maraq göstərmədiyi italyan budəfəki müqavilə şərtlərində hər cür güzəştə gedib. İlyarımlıq fəaliyyəti dönəmində 900 min avro qazanan 65 yaşlı mütəxəssis qarşıdakı 10 ay üçün bundan qat-qat aşağı pul alacaq.

Cəmi 200 min. Səhv salmayın, indən belə avro üzü görməyəcək. Maaşını dollarla alacaq.

SPORTiNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti