De Byazinin millidəki taleyi ilə bağlı AFFA-dan YENİ AÇIQLAMA

29 Noyabr 2021 17:40 Milli komanda 2 659
De Byazinin millidəki taleyi ilə bağlı AFFA-dan YENİ AÇIQLAMA

Canni de Byazinin Azərbaycandakı gələcək taleyinə aydınlıq gəlməlidir.

İtaliyalı mütəxəssislə bağlanan müqavilə DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub.

Bu müddət isə Lüksemburqla noyabrın 11-dəki oyunda baş çatdı.

Üstündən təxminən 3 həftə keçməsinə baxmayaraq, seçmə mərhələni cəmi 1 xalla başa vuran yığmanın baş məşqçinin gələcək taleyi hələ də qaranlıq qalmaqdadır. Nə “get” deyən var, nə “qal”.

Çünki bunun üçün AFFA-nın İcraiyyət Komitəsinin üzvləri bir araya gəlməli, fikirlər dinlənilməli və həmin iclasda səs çoxluğu əsas götürülməlidir.

Yəni son qərar İK-nın toplantısından asılıdır.

AFFA-dan clasın keçirilmə tarixi ilə bağlı heç bir məlumat verilmir. Halbuki, bu kimi işlərdə vaxt önəmli amildir. De Byazi yola salınacağı halda, yerinə layiqli namizəd tapılmalı, danışılmalı, gətirilməlidir.

Sportinfo.az məsələnin nə yerdə olması ilə bağlı maraqlandı. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza açıqlamasında qısa danışdı:

“Əlbəttə, iclas mütləq olacaq. Lakin dəqiq tarix bəlli deyil”

Ümid edək ki, yekun qərar daha öncə olduğu kimi son anda verilməyəcək. Əks halda, Canni de Byazi kimi, yeni mütəxəssis də növbəti oyunlara az qalmış gətiriləcək. Sonrası da məlumdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti