Azərbaycan yığmasının yeni baş məşqçisi o olacaq? – Elxan Məmmədov istəməsə də…

28 Noyabr 2021 20:00 Milli komanda 4 127
Azərbaycan yığmasının yeni baş məşqçisi o olacaq? – Elxan Məmmədov istəməsə də…

Canni De Byazinin AFFA ilə müqaviləsinin bitməsinə çox az qalıb.

İtaliyalı baş məşqçinin 1,5 illik sözləşməsi noyabrın 30-da başa çatacaq.

O, ümid edir ki, qarşıdakı ilyarımda da millimizin sükanı arxasında əyləşəcək. Apenninli bunun üçün AFFA İcraiyyə Komitəsinin (İK) dekabrın ilk günlərində keçirilməsi planlaşdırılan iclasını gözləyir.

İK-nin bir araya gəlməsi üçün gün sayan daha bir məşqçi Tərlan Əhmədovdur. 2020-ci ilin yayında «Keşlə»dən uzaqlaşdırılan mütəxəssis federasiyanın onun namizədliyi üzərində dayanacağına əmindir.

Hər halda o, indidən öz məşqçi korpusunu formalaşdırmağa başlamazdı. Bununla əlaqədar bir sıra görüşlər keçirən Əhmədov AFFA-nın ona üstünlük verəcəyini bildirib.

İddia edib ki, təyinatı daha yüksək səviyyədə dəstəklənir, hətta bu, qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun ürəyincə olmasa da, onun qarışısını kəsməyi bacarmayıb,

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti