"Yavaş davransaq, Azərbaycan millisinə qol vurmaq asan deyil"

24 Noyabr 2021 14:20 Milli komanda 843
"Yavaş davransaq, Azərbaycan millisinə qol vurmaq asan deyil"

Qadınlardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Krasnojan DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Bakıda qarşılşacaqları Azərbaycanla oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib:

"Təəssüf ki, zədə səbəbindən 2 mərkəz müdafiəçisi -Anna Belomıtçeva və Anna Kojnikova bizə kömək edə bilməyəcək.

Onlar komandaya tək müdafiədə yox, hücumda da kömək edir. Digər tərəfdən başqa oyunçularımızın da Azərbaycanla matçda özünü göstərmək üçün şansı var.

​Azərbaycan millisinin stabil heyəti var. Amma kiçik dəyişikliklər də olub. Superliqadan tanıdığımız Sevinc Cəfərzadə milliyə cəlb edilib.

Topla yavaş davranacağınız təqdirdə, Azərbaycan millisinə qol vurmaq asan deyil. Evdəki oyun bunu göstərdi. Səfər oyununda daha yaxşı olmağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!