"Azərbaycanda işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdı"

24 Noyabr 2021 09:20 Milli komanda 858
"Azərbaycanda işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdı"

"Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı.

Amma işlədiyiniz konteksti, sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri italiyalı baş məşqçi Canni De Byazi Azərbaycan millisindəki 1,5 illik fəaliyyəti barədə TMW radiosuna müsahibəsində deyib.

Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq. 65 yaşlı mütəxəssis yığmadakı işini 6 balla qiymətləndirdiyini söyləyib:

"Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik.

Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək".

Digər Xəbərlər
Xəbər Lenti