"Bu iki mütəxəssisə vaxt verilsə, millidə rahat işləyə bilər"

22 Noyabr 2021 23:00 Milli komanda 1 326
"Bu iki mütəxəssisə vaxt verilsə, millidə rahat işləyə bilər"

"Ən əsası kimin gəlməsindən asılı olmayaraq milli komandamız üçün faydalı olsun.

Bizim üçün hər zaman maraqlı olan budur. De Byazi kimi tsıklda 1 xal toplayıb getməsinlər.

Xaldan əlavə oyun da olmadı. Lüksemburq bizə qarşı İspaniya kimi oynadı. Bu şeylər adama təsir edir".

Bunu Sportinfo.az-a açıqlamasında Canni De Byazinin Azərbaycan millisindəki fəaliyyətinə münasibət bildirən Əfran İsmayılov deyib.

Əsas millinin uzun müddət dəyişməz simalarından olan İsmayılov hazırda ciddi müzakirəsi gedən posta yerli mütəxəssisin gətirilməsinin tərəfdarıdır:

"Milli komandaya baş məşqçi seçimində qərar verənlər var. Amma şəxsi fikrimə görə Azərbaycanlı mütəxəssislərə tapşırsalar daha yaxşı olar. Çünki hazırda üzdə olan və milli komandamız üçün real namizəd kimi gördüyümüz adlar var".

O, konkret olaraq adlar da çəkib:

"Rəşad Sadıqov və Ayxan Abbasovun adlarını qeyd edərdim. Həqiqətən də hər iki mütəxəssisin yaratdıqları komanda, futbolçulara aşıladıqları mübarizə əzmi göstərir ki, bir az vaxt verilsə milli komandada rahat işləyə bilərlər. Bu baxımdan iki real namizədim adıçəkilən şəxslərdi".

Hazırda "Səbail"in şərəfini qoruyan yarmmüdafiəçi adlarını çəkdiyi mütəxəssislərin özəllikləri barədə də söhbət açıb:

"Rəşad Sadıqov qısa müddətdə yaratdığı öz oyun üslubuna, komanda ruhuna görə hazırda ən real namizəddir. Ayxan müəllim də "Sumqayıt"da əla komanda yaradıb. Demək olar ki, onun komandası bütün rəqiblərə başağrısıdır. Həm çempionatda nəticə verib, həm də kubokun finalına komandasını çıxarıb. "Sumqayıt" görmədiyi günləri Ayxan Abbasovun dövründə görüb. Bu baxımdan hər iki sima da millimiz üçün ən real namizədlərdir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu