De Byazidən qəribə bəhanə və iddia: "Məğlubiyyət normal haldır"

21 Noyabr 2021 19:40 Milli komanda 1 115
De Byazidən qəribə bəhanə və iddia: "Məğlubiyyət normal haldır"

"Bunu 1 gündə etmək olmaz, vaxt lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi işlədib.

AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq mütəxəssis öncə UEFA Millətlər Liqasında, sonra DÇ-2022-nin seçmə mərhələsində biabırçı nəticələr göstərməsinə baxmayaraq, hazırkı iş yerindən ikiəlli yapışıb.

65 yaşlı itaylanın dediyinə görə, beyin mühərrik deyil ki, nəyisə dəyişəndə işləsin:

"Əvvəlcə özüm bu mentaliteti başa düşməliyəm. Artıq futbolçularla bir-birimizi yaxşı anlayırıq.

Amma Portuqaliya və ya Serbiya kimi yığmalara uduzursansa, o demək deyil ki, sənin mentalitetin, qalib ruhun yoxdur.

Məğlubiyyət normal haldır. Əsas odur, oyundan öncə beynində rəqibə uduzmayasan və meydana çıxıb sonadək vuruşasan".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!