"Qurban Qurbanov ömrünün axırınadək "Qarabağ"da qalsa, yaxşıdır"

21 Noyabr 2021 16:20 Milli komanda 2 090
"Qurban Qurbanov ömrünün axırınadək "Qarabağ"da qalsa, yaxşıdır"

Millinin keçmiş müdafiəçisi Mahir Şükürov "komandada yerli, yoxsa əcnəbi baş məşqçinin olmasını istəyirsiz" sualını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, bir neçə il öncə aktif futbol həyatına son qoyan veteran bu haqda deyib:

"Üç-dörd təcrübəli azərbaycanlı baş məşqçi var. Onlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, digəri işsiz Tərlan Əhmədovdur.

Əksəriyyəti isə gənc mütəxəssislərdir. Məncə, milliyə ən yaxşı namizəd Qurban Qurbanovdur. Amma düşünürəm ki, o, bir daha yığmaya gəlməz.

Fikrimcə, Qurbanov elə "Qarabağ" klubu üçün yaranıb. O, klubdan ayrılsa, "Qarabağ"ı da itirə bilərik. Bu gün Azərbaycanın üzünü güldürən "Qarabağ"dır.

Qurban Qurbanov ömrünün axırınadək bu klubda qalsa, yaxşıdır. Canni De Byazi qalsın? Xeyr. Bizə türkdilli baş məşqçi lazımdır.

Çünki xarakterlərimiz uyğundur. Onlar futbolçuya çox motivasiya, inam verirlər. Əcnəbi baş məşqçi isə tərcüməçi ilə danışır və alınmır".

Digər Xəbərlər
Xəbər Lenti