Azərbaycanla oyunlar Qətərə nə qazandırdı?

21 Noyabr 2021 00:42 Milli komanda 664
Azərbaycanla oyunlar Qətərə nə qazandırdı?

Qətər millisinin qapıçısı Meşal Barşam Azərbaycanla Bakıdakı yoxlama görüşü (2:2) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, qapıçı müsabiqədən kənar iştirak etdikləri A qrupundakı çıxışlarını dəyərləndirib:

"Sözsüz ki, bu qrupdakı çıxışımız bizim üçün böyük təcrübə oldu. Çünki Asiyada qarşılaşdığımız komandalardan fərqli millilərlə oynadıq.

Xüsusilə də fiziki cəhətdən fərqlənən komandalar. Biz həm Azərbaycanla oyundan, həm əvvəlkilərdən, həm də qazanılan təcrübədən razıyıq".

Digər Xəbərlər
Xəbər Lenti