Millinin baş məşqçisi SƏS(VERMƏ)yə qoyulacaq – AFFA De Byazi üçün “oyun” qurdu

19 Noyabr 2021 22:40 Milli komanda 1 460
Millinin baş məşqçisi SƏS(VERMƏ)yə qoyulacaq – AFFA De Byazi üçün “oyun” qurdu

DÇ-2022-nin seçmə nərhələsi ötəb həftə başa çatsa da, Canni De Byazi hələ Azərbaycanı tərk edib.

AFFA ilə 1,5 illik müqaviləsi noyabrın 30-da bitəcək baş məşqçi İcraiyyə Komitəsinin (İK) qərarını gözləyir.

Federasiya mənsubları millinin çalışdırıcısına bildirib ki, İK üzvlərinin ayın sonunadək bir araya gəlməsi planlaşdırılır. Italyan çalışdırıcı həmin toplantıda nəticələrlə bağlı hesabat verəcək.

Orada həmçinin onunla yeni müqavilənin imzalanıb-imzalanmayacağı dəqiqləşəcək. Apenninli mütəxəssisə deyilib ki, qərar səsvermə ilə müəyyənləşəcək.

65 yaşlı sükançı bundan narahatlıq duysa da, AFFA rəsmiləri onu sakitləşdirib.

De Byazinin diqqətinə çatdırılıb ki, əksər komitə üzvləriylə “praflaktik söhbət” aparılıb və onlar millinin hazırkı məşqçi korpusu ilə yoluna davam etməsinin lehinə səs verəcəklərini vəd edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti