"Tapşırırdım ki, meydana 11 aslan çıxsın - Özümüzü göstərməyə qorxuruq"

19 Noyabr 2021 13:40 Milli komanda 575
"Tapşırırdım ki, meydana 11 aslan çıxsın -   Özümüzü göstərməyə qorxuruq"

"Oyunlardan öncə bizim iclaslarda, komandanın içində olsaydınız, uşaqları necə motivasiya etdiyimi görərdiniz.

Onlara ilk növbədə ürəkli, istəkli oynamağı tapşırırdım. İstəyirdim ki, meydana 11 aslan çıxsın".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yığma güclü komandala qarşı daha yaxşı oynayır:

"Çünki onları tanıyırıq. Texniki və taktiki baxımdan hər matça yaxşı hazırlaşmaq lazımdır. Meydana çıxıb öz oyunumuzu göstərməyə qorxuruq.

Amma mən futbolçulara başa salıram ki, özümüzə inansaq, rəqibi qaçmağa məcbur etsək, onlar da bizdən çəkinəcək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!