"Sportinfo"da gedən ŞOK AÇIQLAMA De Byazini yuxusunu qaçırdı: "Hamısı deyir ki..."

19 Noyabr 2021 00:40 Milli komanda 1 019
"Sportinfo"da gedən ŞOK AÇIQLAMA De Byazini yuxusunu qaçırdı: "Hamısı deyir ki..."

Millinin qapıçısı Şahruddin Məhəmmədəliyevin Sportinfo.az-a müsahibəsi gündəmə «bomba» kimi oturub.

Həmin açıqlamanın üstündən bir neçə gün keçib, amma hələ də hamı ondan, onun dediklərindən danışır.

Yığmamızın «1 nömrə»sinin fikirlərinin məğzində Rəşad Sadıqov dayanır. O, iddia edib ki, komandanı üzləşdiyi ağır böhrandan, uzun «qara zolaq»dan yalnız adıçəkilən gənc mütəxəssis çıxara bilər.

Sitat: «Şəxsi fikrim belədir ki, yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur. Hansı futbolçudan soruşsaz, bu cavabı verəcək. O, ilk növbədə adamdır, adam. Çoxu məşqçi kimi təcrübəsiz olduğunu düşünür. Təcrübəsi var, niyə yoxdur? Sadıqov komandaya meydanda ölməyin nə demək olduğunu aşılaya biləcək. Udarıq da, uduzarıq da, amma azarkeşlər döyüşkən komandanı canlı görmək üçün stadiona axışacaq. Baş məşqçi dəyişikliyi olsa, çıxış yolu Rəşad Sadıqovu gətirməkdir. Canni de Byazini göndərib, yerinə başqa bir əcnəbini gətirməyin anlamı yoxdur. Gələcək, yerli mühitə alışmağa, bizi tanımağa, çempionatı izləməyə vaxt itirəcək, yenə həmin şeylər təkrarlanacaq. Bu dediklərim şəxsi fikrimdir. Amma yenədə baş məşqçinin kimliyindən asılı olmayaraq, mən meydanda can qoymaqda davam edəcəm».

Millinin hazırkı baş məşqçisi Canni De Byazi Şahruddin Məhəmmədəliyevin hazırda "Zirə"yə rəhbərlik edən Rəşad Sadıqovun yığmanın sükanı arxasına gətirilməsi ilə bağlı saytımızda yer alan fikirlərinə münasibət bildirib.

İtaliyalı "CBC Sport" telekanalındakı "Start" verilişində 27 yaşlı qapıçının daha çox öz işini görməli olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür qərarları yalnız AFFA verə bilər:

"Amma qolkiperi də başa düşürəm. Deyib ki, mən gedəsi olsam, bu təyinat daha yaxşı olar. Çox oyunçularla danışıram. İstəsəz, mesajları da göstərə bilərəm.

Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Emin Mahmudov - bir sözlə hamısı deyir ki, yığmada qalsaz, çox sevinərik".

Digər Xəbərlər
Xəbər Lenti