AFFA-nın vitse-prezidenti Bolqarıstana niyə gedib? – Danışıqların motivi

19 Noyabr 2021 09:20 Milli komanda 1 785
AFFA-nın vitse-prezidenti Bolqarıstana niyə gedib? – Danışıqların motivi

AFFA-nin vitse-prezidenti Rauf Əliyev Bolqarıstanda rəsmi səfərdə olub.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, assosiasiya rəsmisi Bolqarıstan Futbol İttifaqının vitse-prezidenti Mixail Kasabovla görüşüb.

Görüşdə qurumlar arasında birgə qarşılıqlı fəaliyyət, o cümlədən iki ölkənin müxtəlif yaş qrupları üzrə yığma komandaları arasında yoldaşlıq oyunları müzakirə olunub.

Həmçinin Bolqarıstan və Azərbaycanda futbolun, eləcə də uşaq futbolunun inkişafı ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!