Mahir: “Mənə inanın, uduzmağı heç kim istəməz”

18 Noyabr 2021 23:00 Milli komanda 852
Mahir: “Mənə inanın, uduzmağı heç kim istəməz”

"Biz təlim-məşq toplanışlarına qatılırıq, ailəmizi və yaxınlarımız görmürük”.

Sportinfo.az xəbər verir ki, bu açıqlama millinin hücumçusu Mahir Emreliyə məxsusdur.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsində uğursuz çıxışına, A qrupunda vur-tut 1 xal toplamasına münasibət bildirən forvard komanda yoldaşlarının gələni etdiyini söyləyib:

“Məşqlər və analizlər edirik. Sonda uduzmağı heç kim istəməz. Mənə inanın, bütün futbolçular əziyyət çəkir.

Sadəcə, baş məşqçimiz Canni De Byazinin dediyi kimi, komandaya bir az vaxt lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!