Azərbaycan yığması da qazana bilərmiş… FOTOREPORTAJ

17 Noyabr 2021 17:40 Milli komanda 1 171
Azərbaycan yığması da qazana bilərmiş… FOTOREPORTAJ

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Elxan Abdullayevin komandası 8-ci qrupdakı 3-cü matçında Lüksemburq ilə qarşılaşıb.

Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.

Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.

Lüksemburq – Azərbaycan 0:2
Qollar: Mirmövsüm Canıyev, 23, Mehrac Baxşəli, 77

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!