Nədir bu, udan gününüz olmayacaq? - FOTOREPORTAJ

17 Noyabr 2021 09:00 Milli komanda 1 278
Nədir bu, udan gününüz olmayacaq? - FOTOREPORTAJ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Norveç yığmasını qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan seçməsinin heyətində yeganə qolu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub. Rəqibdən isə 4-cü dəqiqədə Yohan Hove və 53-cü dəqiqədə Osame Sahraui fərqləniblər.

Bununla da milli komanda qrupdan çıxmaq şanslarını itirib.

Hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti