Azərbaycan yığması daha 44 qol "yeyə" bilərmiş, icazə verməyib…

17 Noyabr 2021 11:00 Milli komanda 1 608
Azərbaycan yığması daha 44 qol "yeyə" bilərmiş, icazə verməyib…

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan 6-cı qapıçıdır.

27 yaşlı qolkiper 8 görüş ərzində 18 dəfə məyus olub. Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında 3-cü sırada yer alıb.

O, 44 dəfə komandasını qoldan xilas edib.

Digər Xəbərlər
Xəbər Lenti