Məğlubiyyətlər sıralanır, bu adam xəcalət çəkmir, ”bunlar dərsdir” deyir

17 Noyabr 2021 00:40 Milli komanda 1 065
Məğlubiyyətlər sıralanır, bu adam xəcalət çəkmir, ”bunlar dərsdir” deyir

“Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi”.

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin Norveçlə Bakıdakı görüş barədə fikirlərini açıqlayıb.

Tsikldə 6-cı matçını keçirən yığmamız 5-ci dəfə uduzub. O, 1:2 hesablı məğlubiyyətin səbəblərinə aydınlıq gətirib:

“Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir.

Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi.

Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti