21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparan Milan Obradoviçin yetirmələri 6-cı matçına çıxıb.
Əvvəlki 5 qarşılaşmada cəmi 1 xal toplayan yığmamız Norveçlə görüşüb. Oyun “Bakcell Arena”da baş tutub.
Artıq 4-cü dəqiqədə erkən qol buraxan millimiz oyunda dönüş yarada bilməyib.
Fasilədən sonra fərqi artıran qonaqların Bakıdan 3 xalla ayrılmasına İsmayıl Zülfüqarlının qolu da mane olmayıb. Yığmamızın hesabda tarazlıq yaratmağa gücü çatmayıb.
Yığmamız bununla da Avropa çempionatı xəyalı ilə erkən vidalaşıb. Hələ bu görüşədək final mərhələsinə birbaşa vəsiqə şansı qalmayan Obradoviçin komandası pley-off ümidini də itirib.
Qrupumuzda Finlandiya – Estoniya oyunu (1:0) dünən keçirilib. Bu gün isə Avstriya Xorvatiyanı qəbul edəcək.
A qrupu
16 noyabr
Azərbaycan – Norveç – 1:2
Qol: İsmayıl Zülfüqarlı, 80 – Yohan Hove, 4. Osame Sahraui, 53.
Hakimlər: Vasilis Fotias, Krisula Korompiliya, Andreas Meintanas, Agelos Evangelu (Yunanıstan).
Bakı. “Bakcell Arena”.
Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Zamiq Əliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 6. İldar Ələkbərov (17. Rüfət Abdullazadə, 62), 7. Turan Vəlizadə, 9. Musa Qurbanlı (18. Mustafa Yıldırım, 76), 10. Asim Əlizadə (21. İsmayıl Zülfüqarlı, 62), 11. Şakir Seyidov, 23. Emil Mustafayev (20. Abdulla Rzayev, 88), 14. Samet Karakoç (19. Hüseyn Mürsəlov, 76).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiquliln, 8. Səbuhi Abdullazadə, 13. Nihad Quliyev, 16. Fərid Yusifli.
Baş məşqçi: Milan Obradoviç.
Norveç: 12. Mads Kristiansen, 2. Sebastian Soraaş (18. Eskil Smidesang Edh, 72), 3. Leo Fuhr Hyelde, 4. Jesper Daland, 6. Yohan Hove, 7. Sivert Mannsverk (19. Emil Breivik, 72), 9. Yorgen Larsen (k), 10. Osame Sahraoui (8. Hakon Evjen, 72), 11. Noah Jean Holm, 13. Ole Martin Kolskogen, 21. Tobias Kristensen (20. Martin Nyoten Palumbo, 88).
Ehtiyat oyunçular: 1. Kristoffer Klaesson, 5. Henrik Heggheim, 14. Robin Dahl Ostram, 15. Elias Hagen, 22. Oscar Aga.
Baş məşqçi: Leif Gunnar Smerud.
|
1 |
Xorvatiya |
5 |
5 |
0 |
0 |
14-3 |
15 |
|
2 |
Norveç |
6 |
5 |
0 |
1 |
18-6 |
15 |
|
3 |
Avstriya |
6 |
4 |
0 |
2 |
17-6 |
12 |
|
4 |
Finlandiya |
6 |
3 |
1 |
2 |
9-7 |
10 |
|
5 |
Azərbaycan |
6 |
0 |
1 |
5 |
3-19 |
1 |
|
6 |
Estoniya |
7 |
0 |
0 |
7 |
0-20 |
0 |

