Mahir Emreli iddia etdi ki…

16 Noyabr 2021 12:40 Milli komanda 961
Mahir Emreli iddia etdi ki…

"Lüksemburqla səfərdə yaxşı sərgiləmişdik. Serbiya ilə matçları da qeyd edə bilərəm".

Sportinfo.az xəbər verir ki, bu fikirlər millinin hücumçusu Mahir Emreliyə məxsusdur.

Azərbaycan DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub. A qrupunda yer alan komandamız 1 xalla sonuncu pilləni tutub.

Bununla belə, Emreli cari ildə çox yaxşı oyunlarının olduğunu iddia edib: "Onlara qarşı hər iki görüşümüzü yaxşı səviyyədə keçirdik.

Buraya İrlandiya ilə matçı da əlavə edə bilərəm. Portuqaliya ilə qarşılaşmanı bu sıraya qatmazdım.

Onların səviyyəsi hamıya bəllidir. Seçmə mərhələdən əvvəl Millətlər Liqasında yaxşı oyunlarımız olmuşdu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti