Rövnəq Abdullayev millinin baş məşqçi postunda kim(lər)i görür?

16 Noyabr 2021 11:40 Milli komanda 2 555
Rövnəq Abdullayev millinin baş məşqçi postunda kim(lər)i görür?

AFFA prezidenti Rövnəq Abdullayev millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı öz təklifini verib.

O, federasiya rəsmiləri ilə məsləhətləşmə zamanı növbəti dəfə yerli mütəxəssislərin üzərində dayanıb.

Qurumun başçısı bildirib ki, komandanın əcnəbi çalışdırılması yanlış yanaşmasıdır və vaxt itkisindən başqa bir şey deyil.

Abdullayev ad çəkməsə də, hazırda Premyer Liqada işləyən gənc məşqçilərdən birinin yığmada görəvə gətirilməsinə tərəfdar olduğunu söyləyib.

Yeri gəlmişkən, Canni De Byazi A Rövnəq Abdullayevlə görüş istəyib. İlyarımdır ölkəmizdə çalışan italiyalı mütəxəssis bununla bağlı xahişini federasiya mənsublarına edib.

Onun məqsədi komandanın öncə UEFA Millətlər Liqasında, ardınca DÇ-2022-nin seçmə mərhələsində uğursuz nəticələr qazanmasının səbəbləri barədə hesabat vermək, eləcə də, üzləşdiyi bəzi problemlərdən danışmaqdır.

65 yaşlı sükançı hələ də ümid edir ki, Azərbaycanda qalacaq. Müqaviləsi bu ayın sonu başa çatacaq De Byazi istənilə halda AFFA ilə danışıqlara getməyə hazırdır.

Burada olduğu müddətdə gəlirini 900 min avro artıran apenninli indi maliyyə şərtlərində də güzəştə getməyə razıdır.

Amma görünür, R.Abdullayev De Byazi ilə təkbətək görüşə razılıq verməyəcək və onunla bağlı məsələyə bu ayın sonu, uzağı, dekabrn əvvəlində keçirilməsi nəzərdə tutulan AFFA İcraiyyə Komitəsinin iclasında nöqtə qoyulacaq.

Əvvəldən məlumdur ki, R.Abdullayev xarici məşqçi təyinatının əleyhinədir. O, hələ ilyarım öncə İK-də italyanın iş başına keçməsinin əleyhinə səs verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti