"De Byazi yalnız gözəl danışır" - Sabiq milli üzvündən ATMACA

15 Noyabr 2021 19:40 Milli komanda 1 315
"De Byazi yalnız gözəl danışır" - Sabiq milli üzvündən ATMACA

"Oyuna baxdım, təəssüf ki, Lüksemburqa yenə uduzduq.

Təbii ki, azlıqda qalmaq da komandaya təsir etdi".

Bunu Sportinfo.az-a açıqlamasında yığmanın sabiq hücumçusu Ruslan Qurbanov deyib.

Hazırda Belarusda - "Slaviya"da legioner həyatı yaşayan forvard belə durumda Tellura dəstək olmağın tərəfdadırıdır:

"Əminəm ki, Tellur bunu qəsdən etmədi. Ona dəstək olmaq lazımdır. Hər kəsin başın gələ bilər. Heç kim məsuliyyətdən qaçmalı deyil".

Sabiq milli üzvü bütün uğursuzluqlarda baş məşqçi Canni De Byazini günahlandırıb: "Məncə, baş məşqçi dəyişikliyinə təcili ehtiyac var.

De Byazi milliyə nə verdi? Reytinqdə aşağı düşdük. Bundan başqa qrupda cəmi 1 xal əldə olundu. Əminəm ki, yerli məşqçi daha yaxşı nəticə verərdi.

De Byazi yalnız gözəl danışır. Bütün günah ondadır ki, komandaya oyun tərzi verə bilmədi.

Mənim şəxsi fikrimdir ki, baş məşqçi dəyişikliyi öz bəhrəsini verəcək. Milli komanda başqa məşqçilərlə daha yaxşı oynayırdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti